17 noyabr 2021 03:17
836

Formula-1 tarixində ilk – FOTO

2022-ci il mövsümü üçün Formula-1 komandalarının tərkibi açıqlanıb.

“İki sahil” xəbər verir ki, “Alfa Romeo”nu təmsil edəcək Quanyu Çjou yarışların tarixində ilk çinli pilot olmaqla ilkə imza atıb.

22 yaşlı pilot üç il Formula-3, daha iki il Formula-2 çempionatlarında iştirak edib.

Qeyd edək ki, Çjou komandanın heyətində Antonio Covinnatsini əvəz edib.