Fransa millisinin sabiq futbolçusu Patris Evra bu il "Qızıl top" mükafataının ölkəsinin PSJ klubunda çıxış edən Lionel Messiyə verilməsini istəmir.
“İki sahil” xəbər verir ki, veteran müdafiəçi yerli mətbuata açıqlamasında argentinalı hücumçunun buna layiq olmadığını bildirib.
Onun sözlərinə görə, 34 yaşlı forvardın namizədlər siyahısında olması belə, haqsızlıqdır: "Messi bunun üçün nə edib? Ona "Qızıl top"u verməkdən bezdik. Argentina millisi ilə Amerika Kubokunu qazandı. Bəs, İspaniya "Barselona"sında nə etdi"?
O, İngiltərənin "Çelsi" klubunun formasını geyinən Jorjinyonun mükafatı hamıdan çox haqq etdiyini söyləyib.
Qeyd edək ki, Patris Evra karyerası ərzində Fransada "Monako" və "Marsel", İngiltərədə "Mançester Yunayted" və İtaliyada "Yuventus" kimi komandaların şərəfini qoruyub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB