“Milan” baş məşqçisi Stefano Pioli ilə müqavilə müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, təcrübəli mütəxəssisin daha iki il postunda saxlanılması qərara alınıb.
56 yaşlı çalışdırıcı gələn ilin yayına qədər olan anlaşmasını 2024-cü ilin yayına qədər uzadıb. Sözləşməyə daha 1 il uzadılması bəndi də salınıb. A seriyası təmsilçisi icraçı direktor İvan Qazidis işgüzar səfərdən qayıtdıqdan sonra bu xəbəri rəsmən açıqlayacaq. Pioli illik 3,5 milyon avro maaşı olmaqla yanaşı, əlavə bonuslar da alacaq.
Qeyd edək ki, “Milan” İtaliya çempionatında 12 turdan sonra 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB