16 noyabr 2021 14:15
727

Keyn 113 illik rekordu qırdı

İngiltərə millisinin futbolçusu Harri Keyn yığmada yeni rekorda imza atıb. 

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu buna DÇ-2022-nin seçmə mərhələsində San Marino ilə görüşdə (10:0) poker etməklə nail olub. Keyn  2021-ci ildə millidə vurduğu qolların sayını 16-ya çatdırıb. Beləliklə, o, İngiltərə yığmasında 1 ildə ən çox qol vuran futbolçu adını qazanıb. 

Daha əvvəlki rekord Corc Hilsdon və Diksi Dinə məxsus idi – 12 qol. 

Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində oynayır.