16 noyabr 2021 11:13
711

Messi Braziliyaya qarşı oynayacaq?

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Braziliyaya qarşı oynaya biləcək.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Lionel Skaloni məlumat verib. O, 34 yaşlı oyunçunun sözügedən görüşdə iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Messi bundan əvvəl Uruqvayla matçda yalnız 76-cı dəqiqədə meydana daxil olmuşdu. O, milli komandaların oyunları ilə əlaqədar  fasiləyə qədər zədə səbəbindən PSJ-nin bir neçə matçını buraxıb.

Qeyd edək ki, Argentina - Braziliya qarşılaşması sabah keçiriləcək.