16 noyabr 2021 00:44
1055

Matça əlil arabasında gələcək

Futbol üzrə Niderland millisinin baş məşqçisi Lui Van Qal yığma komandanın düşərgəsində zədələnib.

“İki sahil” xəbər verir ki, 70 yaşlı mütəxəssis velosipeddən yıxılaraq çanaq sümüyünü sındırıb. O, seçmənin məşqinə əlil arabasında qatılıb.

“Beynim əvvəlki kimi işləyir. Anlayıram ki, bu bir qədər qəribə görünür, amma məşqçilik işi beyinlə idarə olunur”, - deyə niderlandlı çalışdırıcı qeyd edib.

O, Norveçlə oyunda komandasını tək qoymayacağını bildirib.