15 noyabr 2021 12:15
854

“Qalatasaray” Aktürkoğlu ilə yeni müqavilə imzalayacaq

“Qalatasaray” hücumçusu Kerem Aktürkoğlu ilə yeni müqavilə imzalayacaq.

“İki sahil” xəbər verir ki,  23 yaşlı forvard tezliklə uzunmüddətli sazişə qol çəkəcək.

Hazırda Türkiyə millisinin düşərgəsində olan Kerem “cim-bom”un düşərgəsinə dönən kimi, yeni 5,5 illik anlaşmaya qol çəkəcək. Çünki tərəflər arasında hərtərəfli razılıq əldə olunub. Hücumçunun 79 min avroluq illik məvacibində də ciddi artım rəsmiləşəcək.

Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.