İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin seçmə mərhələsinin 10-cu turunda İsveçə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, bu nəticədən sonra B qrupunun lideri olaraq mundiala birbaşa vəsiqəni təmin edən yığmanın çalışdırıcısı deyib: "Düşünürəm ki, layiq olduğumuz ədalətli mükafatı aldıq. Oyunçularımla qürur duyuram. Mən təkcə İsveçə qarşı oynayanların deyil, seçmə mərhələdə meydana çıxan bütün oyunçuların töhfəsini qeyd etmək istəyirəm. Çox çətinlikdən keçərək dövrəni başa vurduq. Son oyunlarda Avropa çempionatı və ya Millətlər Liqasından daha çox təzyiqlə üzləşmişəm. Deyə bilərik ki, belimdən 100 kiloqramlıq yük götürüldü”.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB