Azərbaycan millisi bu gün Qətərlə yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş verən görüşün 23-cü dəqiqəsində qonaqlar Almoezin qolu ilə hesabı açıb.
37-ci dəqiqədə isə Emin Mahmudov fərqlənərək hesabda bərabərliyi təmin edib – 1-1.
Matçın 68-ci dəqiqəsində E.Mahmudov özünün və milli komandamızın 2-ci qolunu vurub. Bu qoldan 10 dəqiqə sonra – 78-ci dəqiqədə Almoez özünün və komandasının 2—ci qolunu vuraraq hesabda bərabərliyi təmin edib.
Matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan 2-2 Qətər
Qol: Almoez, 23 (0:1), Emin Mahmudov, 37 (1:1), 68 (2:1), Almoez, 78 (2:2)
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB