Türkiyəli baş məşqçi Okan Burukun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayıb.
"İki sahil" Türkiyə KİV-nə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.
Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.
Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB