"Qasırğa" ləqəbli amerikalı Culiya Hawkins öz yaş qrupunda 100 metr məsafəyə qaçışda yeni dünya rekordu vurub.
“İki sahil” xəbər verir ki, 105 yaşında qadın məsafəni 1 dəqiqə 2,95 saniyəyə qət edib. Yarışlar Luiziana ştatında keçirilib.
"Yaşlandıqca daha çox hobbiniz olmalıdır. Aktiv qalmaq mənim əsas hobbilərimdən biridir", - deyə Hawkins bildirib.
O, qaçış yarışlarına 100 yaşı tamam olandan sonra başlayıb. Bundan əvvəl o, velosiped sürməklə məşğul olub. 2017-ci ildə o, 100-104 yaş qrupunda 100 metr məsafəni 40,12 saniyəyə qaçaraq dünya rekorduna imza atıb. 2019-cu ildə o, 100 metr məsafəni 46,07 saniyəyə qət edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB