Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.
Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB