Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) fəaliyyəti ilə tanış olub.
Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.
AQF-nin baş katibi Vasif Məmmədov nazirə federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəsisslərlə müzakirələr aparan qeyd olunan məsələlərə dair tövsiyələrini verib.
Görüşdə AQF-nin vitse-prezidenti Mirzə Orucov, İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB