Türkiyə milli komandasına köməkçi-məşqçi kimi cəlb olunan Tuğberk Tanrıvermiş cəmi 24 saat sonra vəzifəsindən ayrılıb.
“İki sahil” xəbər verir ki, 32 yaşlı mütəxəssis yığmanın almaniyalı baş məşqçisi Ştefan Kuntsun açıqlamasından sonra bu addımı atıb. Kunts Tanrıvermişi 2 oyunluq götürdüklərini bildirib. Gənc məşqçi bu sözlərdən narahat olub. O, millidə cəmi bir sutka qaldıqdan sonra təlim-məşq düşərgəsindən ayrılıb.
Qeyd edək ki, Tuğberk Tanrıvermiş Türkiyədə "Qalatasaray"ın aşağı yaş qruplarından ibarət komandalarında çalışıb. O, 2017/2018 mövsümündə İqor Tudor və Fatih Terimin köməkçisi olub. Tanrıvermiş daha sonra İtaliyanın "Roma" klubunun U-15 komandasının sükanı arxasına keçərək, komandanı çempion edib. Ardında isə o, "Spetsiya"nın U-19 komandasına üz tutub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB