Braziliyalı futbol üzrə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ev oyununda Kolumbiyaya 1:0 hesabı ilə qalib gəliblər.
“İki sahil” xəbər verir ki, yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.
Beləliklə, seçmə mərhələdəki 12 oyunda 11-ci qələbəsini qazanan Braziliya millisi Qətərdə keçiriləcək turnirin final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb. Daha əvvəl mündialın qrup mərhələsində çıxışını almanlar və danimarkalılar təmin etmişdir.
Komanda 34 xalla turnir cədvəlinə başçılıq edir. Argentina ikinci (25 xal), Ekvador üçüncü(20), Çili dördüncü(16), Kolumbiya isə eyni xalla beşinci yerdə qərarlaşıblar. İlk dörd yeri tutan komanda birbaşa Dünya Kubokunun final mərhələsinə yüksələcək. Beşinci yeri tutan komanda pley-offda digər konfederasiyaların təmsilçiləri ilə oynayacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB