12 noyabr 2021 02:59
922

Futbolçu məşqə 12 milyonluq helikopterlə gəlib - FOTO

Braziliya millisinin və PSJ-nin üzvü Neymar yenidən diqqət mərkəzinə düşüb.

“İki sahil” xəbər verir ki, 29 yaşlı hücumçu millinin son məşqinə şəxsi helikopteri ilə gedib. Helikopterin qiymətinin 12 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin seçmə mərhələsində noyabrın 17-də Argentinanın qonağı olacaq.