"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.
“İki sahil” xəbər verir ki, 72 yaşlı mütəxəssis "TalkSport"a açıqlamasında 36 yaşlı hücumçunun "topçular"da çıxış etməsini istədiyini deyib:
“Bu, Kriştiano Ronaldodur. Onun "Arsenal"da oynamasını istəyərdim. Amma o, “Mançester Yunayted” ilə müqavilə imzalayıb. "Arsenal"ın Ronaldonu ala bilmədiyi üçün çox təəssüflənirəm".
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb.
Əlavə edək ki, Ronaldo "qırmızı şeytanlar"la avqustun 31-i 2+1 illik müqavilə imzalayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB