Britaniyanın “The Sun” nəşri baş məşqçisi müxtəlif illərdə baş məşqçi vəzifəsindən qovulduqlarına görə ən çox təzminat alan mütəxəssislərin siyahısını tərtib edib.
“İki sahil” xəbər verir ki, bu günlərdə “Barselona”dan istefaya göndərilən Ronald Kuman ilk 10-luğa daxil ola bilib. O, vaxtından əvvəl istefaya göndərildiyi üçün Kataloniya təmsilçisindən 11,7 milyon avro təzminat alacaq.
Reytinqə isə italiyali Antonio Konte başçılıq edir.
1. Antonio Konte – “Çelsi”, 30,6 milyon avro
2. Joze Mourinyo – “Mançester Yunayted”, 22,9 milyon avro (2018-ci il)
3. Joze Mourinyo – “Çelsi”, 21 milyon avro (2007-ci il)
4. Loran Blan – PSJ, 19,8 milyon avro
5. Luis Felipe Skolari – “Çelsi”, 15,9 milyon avro
6. Fabio Kapello – Rusiya Futbol İttifaqı, 15,6 milyon avro
7. Maurisio Poçettuno – “Tottenhem”, 14,6 milyon avro
8. Andre-Villaş-Boaş - “Çelsi”, 14 milyon avro
9. Roberto di Matteo - “Çelsi”, 12,5 milyon avro
10. Ronald Kuman - “Barselona”, 11,7 milyon avro
Beləliklə, siyahıdan da göründüyü kimi, son 14 ildə baş məşqçiləri istefaya göndərdiyinə görə onlara ən çox (5 dəfə) təzminat ödəyən klub “Çelsi” olub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB