İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" komandasına baş məşqçi təyin olunub.
“İki sahil” xəbər verir ki, bu vəzifə Stiven Cerrarda tapşırılıb. Ötənlərin əfsanəvi futbolçusu bu postda üç gün əvvəl istefaya göndərilmiş Din Smiti əvəzləyib.
"Sky Sport" Cerrardla 2024-cü ilin iyununadək müqavilənin bağlanıldığını yazıb. Bu keçid qarşılığında ingiltərəli sabiq yarımmüdafiəçinin indiyədək rəhbərlik etdiyi Şotlandiya "Reyncers"inə 3 milyon funt sterlinq kompensasiya ödəniləcək. Hazırda "Aston Villa" 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Stiven Cerrard futbolçu karyerası ərzində yalnız İngiltərənin "Liverpul" və ABŞ-ın "Los Anceles Qelaksi" komandalarında çıxış edib. O, "Reyncers"ə 2018-ci ildə baş məşqçi təyin olunub. Cerrard bu komandaya 2020/2021 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB