11 noyabr 2021 15:12
681

"Milan"ın 16 yaşlı hədəfi

"Milan" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. 

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. A seriyası təmsilçisi "Auqsburq"dan Zenan Peyçinoviçi almağı planlaşdırır. Klub artıq 16 yaşlı hücumçu üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Peyçinoviçin "Auqsburq"la sözləşməsi bu mövsümün sonuna qədərdir.