Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.
Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür. Hər iki yığma pley-off şanslarını itirdiyindən, görüş formal xarakter daşıyır. Matç yalnız xal ehtiyatını artırmaq baxımından önəmli ola bilər.
İndiyədək Azərbaycan və Lüksemburq yığmaları 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi rəsmi matçların heç birindən qələbə ilə ayrıla bilməyib. Həmin qarşılaşmalardan 2-də Lüksemburq üstün olub, 3-ü isə heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
IX tur
21:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya)
Bakı Olimpiya Stadionu.
"Report"
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB