10 noyabr 2021 17:45
843

Bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm- Canni de Byazi

Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil

“Hamınızın bayramını təbrik edirəm. Zəfər Gününüz mübarək".

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Azərbaycan dilində danışarkən deyib.

65 yaşlı italiyalı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsində sabah Bakı Olimpiya Stadionunda Lüksemburqla keçiriləcək son oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Millinin qrup sonuncusu olacağı dəqiqləşib. Bu mənada sabahkı oyuna futbolçuları motivasiya etmək çətin olmayacaq?

- Uşaqlar çox istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil. Bunu Portuqaliya və Serbiya ilə oyunlarda da göstərdik. Amma bunu sabah öz meydanımızda da göstərməliyik.

- AFFA-nın türkiyəli mütəxəssislərlə danışıq aparması sizin işinizə və futbolçularla münasibətinizə nə dərəcədə təsir edir?

- Bu baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm. Öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. İllüziyalarla yaşamırıq. Cavan oyunçulara səbir və inkişaf üçün vaxt lazımdır.