Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu növbəti dəfə baş məşqçisini dəyişdirməyi planlaşdırır.
"İki sahil" "Polsatsport" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisinin sükanı arxasına keçə bilər.
45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi iddia olunur. Lakin son ölkə çempionu Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Qolebiyevskinin ən azı mövsümün sonunadək postunda qalacağını açıqlamışdı.
"Legiya"da yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesov da namizədlərdən biridir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB