"Fənərbaxça"nın kapitanı Məsut Özilin meneceri Erkut Söyüt futbolçunun komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o, "Fanatik"ə açıqlamasında bu məlumatları təkzib edib: "Belə bir şey yoxdur. Düzgün olmayan iddialar həmişə var. Mesut müqaviləsinin sonunadək "Fənərbaxça"da qalacaq. Hətta mümkün olsa, daha sonra da "Fənərbaxça"da işləyəcək".
Daha əvvəl Mesutun baş məşqçi Viktor Perreyra ilə problem yaşadığı üçün klubdan gedəcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Özil bu ilin qışından etibarən "Fənərbaxça"da oynayır.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB