10 noyabr 2021 15:27
642

Cerrard Premyer Liqa klubunda

"Reyncers"in baş məşqçisi Stiven Cerrard Premyer Liqada işləməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 41 yaşlı mütəxəssisin "Aston Villa" ilə razılığa gəldiyi bildirilib. Cerrard bu həftədən etibarən klubu çalışdırmağa başlayacaq. "Aston Villa" və "Reyncers" isə təzminat məsələsində anlaşmağa yaxındırlar. 

Qeyd edək ki, "Aston Villa"nın son baş məşqçisi Din Smit olub. O, 3 gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.