10 noyabr 2021 14:39
728

Ramos bu vaxt debüt edəcək

PSJ-nin futbolçusu Serxio Ramosun komandada debüt edəcəyi vaxt müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçunun Liqa 1-in 14-cü turunda "Nant"la matçda meydana çıxacağı bildirilib. 

Bu ilin yayında PSJ-yə azad agent kimi keçən ispaniyalı oyunçu zədə səbəbindən debüt etməyib. 

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək PSJ - "Nant" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.