10 noyabr 2021 11:37
720

"Barselona"da Qvardiola sürprizi

"Barselona"nın baş məşqçi Xavi Ernandeslə müqavilə imzaladığı mərasimə sürpriz qonaq dəvət olunub. 

“İki sahil” xəbər verir ki, tədbirdə Kataloniya klubunun sabiq çalışdırıcısı, hazırda "Mançester Siti"yə baş məşqçilik edən  Xosep Qvardiola qatılıb. 50 yaşlı müstəxəssisin klub prezidenti Joan Laporta ilə birgə görüntüləri də yayılıb. 

Həmçinin mərasimdə 10 mindən çox azarkeş iştirak edib. 

Qeyd edək ki, Xavi 1998-2014-cü illərdə "Barselona"da oynayıb. Qvardiola isə 2008-2012-ci illərdə bu komandaya baş məşqçilik edib.