10 noyabr 2021 04:33
770

"The Best": FIFA mükafatlandırma vaxtını açıqlayıb

FIFA "The Best" mükafatının təltif olunma mərasiminin vaxtı açıqlanıb.

“İki sahil” xəbər verir ki, tədbir 17 yanvar 2022-ci ildə keçiriləcək.

"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.