Avstraliya-Azərbaycan Assosasiyasının təşəbbüsü ilə Sidney şəhərində 8 Noyabr –Zəfər Günü münasibətilə 20 avtomobilin və 50-ə yaxın həmvətənimizin qatıldığı avtoyürüş təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, üzərində Azərbaycan, Türkiyə və Avstraliyanın bayraqları asılmış avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini Azərbaycanın şanlı Zəfər Gününə cəlb etməyə çalışıb.
Həmvətənlərimiz yürüşün sonunda “Harbour” körpüsünün altında toplaşaraq, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, üçrəngli bayrağımızla xatirə şəkilləri çəkdiriblər. Avtoyürüş zamanı yol polislərinə Zəfər Günü, Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilib.
Avtoyürüş insidentsiz başa çatıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB