09 noyabr 2021 16:30
1185

“Kəndlərdə idmanı inkişaf etdirək”  layihəsi Göygöl rayonunda

AFFA-nın və Göygöl Rayon İcra  Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı  inkişaf etdirək”  layihəsi üzrə  növbəti  tədbir  9 noyabr 2021-ci il tarixdə Göygöl rayonunda keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində  karantin rejminin tələblərinə əməl etməklə  Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər  Fizuli, Tərtər, Bərdə, Oğuz  Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay, Beyləqan rayonunun qəsəbə və  kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir

Göygöl  rayonunun  Bəhrambəy  kəndində keçirilmiş tədbirdə 50  məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Göygöl rayonundan Milli Məclisə seçilmiş deputat Elşad Mirbəşir, Milli Məclisin deputatı Sabir Hacıyev, Göygöl  Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir.  Tədbirdə  Milli Məclisin deputatları Rauf Əliyev, Elşad Mirbəşir və Sabir Haciyev çıxış ediblər. Tədbirdə  çıxış  edənlər  tədbir  iştirakçılarını 8 noyabr- Zəfər Günü  və  9 noyabr Dövlət  Bayraq Günü  münasibəti ilə təbrik edərək bu Dövlət və Ümumxalq bayramlarının  əhəmiyyətini vurğulayaraq, bu Bayramların Azərbaycan tarixində əbədi olaraq qalacağını bildirmişlər. Çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Çıxış edənlər Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin, 8 noyabr - Zəfər Gününün  Azərbaycan tarixinin  ən  şanlı səhifəsi olduğunu vurğulamışlar. Eyni zamanda çıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə  belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin  Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.