10 noyabr 2021 00:23
960

"Neftçi"nin futbolçusu Qvineya millisinə dəvət alıb

“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.

“İki sahil” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya-Bisau və noyabrın 16-da isə Mərakeşlə dünya çempionatının seçmə oyunlarına çağırılıb.

Qeyd edək ki, Kane Qvineya millisində 8 oyun keçirib, 2 qol vurub.