Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.
O, hazırda danışıqların aparıldığını söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".
Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB