09 noyabr 2021 04:11
974

İtaliyada məşqçiliyə başlayan Şevçenkodan ilk AÇIQLAMA

İtaliyanın “Cenoa” klubunun baş məşqçisi təyin edilən Andrey Şevçenko bu postda ilk açıqlamasını verib.

“Gəlin birlikdə bu yeni macəramıza başlayaq. Biz “Cenoa”ya onun möhtəşəm tarixini qaytaracağıq”, - A.Şevçenko özünün sosial şəbəkə hesabında yazıb.

“İki sahil” xəbər verir ki, A.Şevçenko İtaliyanın “Cenoa” klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb.