09 noyabr 2021 01:33
772

Xavinin Messi, Eto`O və Ronaldinyo arzusu

"Barselona"nın yeni baş məşqçisi Xavi Lionel Messinin Kataloniya klubundan ayrılıb PSJ-yə keçməsi barədə danışıb. 

“İki sahil” xəbər verir ki, Xavi 34 yaşlı hücumçuya "Barselona"da baş məşqçilik etmək arzusunun olduğunu deyib: 

"Bəli, Messinin burada olmasını istəyərdim. Mən nəinki Messiyə, Samuel Eto`O və Ronaldinyoya da baş məşqçi olmağı xəyal edirdim". 

Qeyd edək ki, Xavi "Barselona" ilə 3 illik müqavilə imzalayıb.