08 noyabr 2021 23:05
1008

Premyer Liqa klubunda yeni baş məşqçi

"Nyukasl"ın yeni baş məşqçisinin adını məlum olub.

"İki sahil" klubun  rəsmi saytına istinadən xəbər verir ki, komandanı Eddi Hau çalışdıracaq.. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 5 xalla turnir cədvəlində 19-cu pilləni tutur.