08 noyabr 2021 18:21
760

Lüksemburqlu qapıçı Bakıya gəlməyəcək

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin Bakıda Azərbaycana qarşı keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyununda iştirak etməyəcəyi dəqiqləşib.

“İki sahil” xəbər verir ki, Belçikanın "Yunion" klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb. Onun əvəzinə yığmaya "Fola" komandasının üzvü Manu Kabral cəlb olunub.

Daha əvvəl Norveçin "Brann" klubundan digər qapıçı Ralf Şonun ata olacağı üçün Bakıya gəlməyəcəyi açıqlanıb.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.