UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.
“İki sahil” xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu Musa Qurbanlı da var.
"Bu həftəsonu sizi ən çox kim təsirləndirib" sualı ünvanlandığı postda 19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç "Budyo Qlimt"indən Uqo Vetlesen və Ukraynanın "Zarya" (Luqansk) klubundan Şahab Zahedi də yer alıb.
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının X tur oyununda dubl edib. Yasmin Kurtiç və Uqo Vetlesen də 2 qol vurub. Şahab Zahedi isə het-trik müəllifi olub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB