08 noyabr 2021 16:59
869

"Barselona" yeni baş məşqçisini təqdim edib

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

“İki sahil” xəbər verir ki, təqdimat "Kamp Nou" stadionunda baş tutub.

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 2015 - 2019-cu illərdə Qətər "Əl-Sədd"ində oynayan keçmiş yarımmüdafiəçi 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunub.