07 noyabr 2021 22:04
1112

“Sumqayıt” 0–4 “Qarabağ”

Bu gün Azərbaycan Premyer Liqasının "Zəfər turu" - 10-cu tur çərçivəsində "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Görüşün 39-cu dəqiqəsində Ramil Şeydayev hesabı açıb. 45.3-cü dəqiqədə Musa Qurbanlı fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb. 51-ci dəqiqədə on bir metrlik cərimə zərbəsindən fərqlənən Maksim Medvedev fərqi 3 topa çatdırıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Musa Quqbanlı özünün ikinci, komandasının 4-cü qolunu vuraraq oyunda son nəqtəni qoyub – 0-4.

7 noyabr (bazar)

19:30. “Sumqayıt” 0–4 “Qarabağ”

Qollar: Ramil Şeydayev, 39, Musa Qurbanlı, 45+3, Maksim Medvedev, 51-pen. Musa Quqbanlı, 76

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov

“Kapital Bank Arena”.