Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasında 400-cu və 401-ci qoluna imza atıb.
“İki sahil” xəbər verir ki, 29 yaşlı hücumçu Fransa Liqa 1-in XIII turunda "Bordo"ya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.
O, bütün turnirlərdə Paris təmsilçisində 90, ölkəsinin "Santos" klubunda 136, İspaniya "Barselona"sında 105 və Braziliya yığmasında 70 dəfə fərqlənib.
Neymar PSJ-nin tarixində bombardirlər siyahısında 8-ci pilləyə yüksəlib. O, komanda yoldaşı Anxel Di Mariyanı (89 qol) üstələyib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB