Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
"İki sahil" AGF-yə istinadla xəbər verir ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq ölkə təmsilçimiz FIG-nin sözügedən komitəsinə üzv seçilir.
Texniki Komitəyə seçkilər FIG-in Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində baş tutub.
Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.
N.Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB