Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
“İki sahil” xəbər verir ki, altıncı yarış günündə dörd sərbəst güləşçimiz mübarizəyə qoşulub.
İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub. Abubakr Abakarov isə səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.
Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib. Lakin o, növbəti cəhdində Rusiya güləşçisinə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Milli üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB