Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“İki sahil” AFFA-nın saytına istinadla xəbər verir ki, yığmanın italiyalı baş məşqçisi Canni de Byazi noyabrda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.
Millimiz bu ay 2021-ci ildəki son iki görüşünü keçirəcək. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakıda Lüksemburqla, üç gün sonra yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq.
2021-ci ilin son heyəti həm də müqaviləsi başa çatacaq de Byazinin son siyahısı ola bilər. Anlaşması ilin sonunda bitən italiyalı bu dəfə heyətə 24 oyunçu daxil edib. “Zirə”nin gənc futbolçusu Cəlal Hüseynov ilk dəfə milliyə dəvət alıb. Heyətdə ölkə xaricində çıxış edən 6 futbolçu da var.

Qeyd edək ki, millinin hər iki matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB