06 noyabr 2021 19:36
771

"Zirə"nin futbolçusu het-trik etdi

"Zirə"nin futbolçusu Davit Volkov Azərbaycan Premyer Liqasında het-trik edib.

“İki sahil” xəbər verir ki,  o, ölkə çempionatının 10-cu turunda "Sabah"la matçda (3:3) 3 qol vurub. Bununla da 26 yaşlı hücumçu bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 8-ə yüksəldib.

Qeyd edək ki, Volkov 8 qolla  Premyer Liqada bombardirlər sırasında 1-ci pilləyə yüksəlib. Filip Ozobiç ("Qarabağ") 6 qolla 2-cidir.