06 noyabr 2021 00:14
1020

Tarixin ən ödənişli idmançıları - Burada cəmi 4 futbolçu var

İdman biznesi üzrə ixtisaslaşan "Sportrico" nəşri bütün zamanların ən çox məvacib alan 25 idmançısını müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, araşdırma aparılarkən, idmançıların məvacibləri, reklam müqavilələri, mükafat və qonorarları nəzərə alınıb.

Nəşr idmançıların həm karyeraları ərzində (2021-ci ilin iyununa qədər), həm də karyeralarını bitirdikdən sonra qazandıqları vəsaiti araşdırmaya daxil edib. Qolfçu Albert Palmerlə basketbolçu Kobi Brayantın isə gəlirləri vəfat etdikləri günə qədər hesablanıb.

Top-25-ə 8 idman növünün təmsilçisi daxil olub. Siyahıda 4 futbolçu da yer alıb. İdmançıların birlikdə gəlirləri 25,5 milyard dollar təşkil edib.

1. Maykl Cordan (basketbol) - 2,62 milyard dollar
2. Tayqer Vuds (qolf) - 2,1 milyard dollar
3. Arnold Palmer (qolf) - 1,5 milyard dollar
4. Cek Niklaus (qolf) - 1,38 milyard dollar
5. Kriştiano Ronaldo (futbol) - 1,24 milyard dollar
6. Floyd Meyvezer-kiçik (boks) - 1,2 milyard dollar
7. Lebron Ceyms (basketbol) - 1,17 milyard dollar
8. Lionel Messi (futbol) - 1,14 milyard dollar
9. Mixael Şumaxer (avtoyürüş) - 1,13 milyard dollar
10. Rocer Federer (tennis) - 1,12 milyard dollar
11. Fil Mikelson (qolf) - 1,08 milyard dollar
12. Devid Bekhem (futbol) - 1,05 milyard dollar
13. Kobe Brayant (basketbol) - 930 milyon dollar
14. Şakil Onil (basketbol) - 870 milyon dollar
15. Qreq Horman (qolf) - 815 milyon dollar
16. Mayk Tayson (boks) - 630 milyon dollar
17. Aleks Rodriges (beysbol) - 650 milyon dollar
18. Menni Pakyao (boks) - 630 milyon dollar
19. Kevin Dyurent (basketbol) - 625 milyon dollar
20. Lyuis Hemilton (avtoyürüş) - 620 milyon dollar
21. Neymar (futbolçu) - 615 milyon dollar
22. Ceff Qordon (avtoyürüş) - 595 milyon dollar
23. Oskar De La Hoya (boks) - 580 milyon dollar
24. Peyton Menninq (amerikan futbolu) - 570 milyon dollar
25. Derek Citer (beysbol) - 555 milyon dollar