Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirində Orxan Səfərov qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən O.Səfərov finala vəsiqə qazanıb. Cüdoçumuz qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.
Qeyd edək ki, yarışda bundan əvvəl Rövşən Əliyev (60 kq) bürünc medal qazanıb. Azərbaycan “Böyük dəbilqə” turnirində 33 idmançı ilə təmsil olunur.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB