UEFA Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu ada Avstriyanın "Lask" komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura layiq görülüb. Yaponiyalı vinger evdə Ermənistan "Alaşkert"inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini, və Norveçin "Budyo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.
Qeyd edək ki, Zubir Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 qolla yadda qalıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB