AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda Premyer Liqanın IX turunun oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri xoşagəlməz hadisələrə hüquqi qiymət veriblər. “Zirə” – “Keşlə” oyununda qonaqların futbolçusu Tural Axundov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Keşlə” 200 manat cərimə olunub.
“Qəbələ” – “Sabah” oyununda da qonaqlar cəzalanıb. 4 futbolçusu sarı vərəqə alan klub 800 manat cərimə ödəyəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB