AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.
"Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.
Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB