05 noyabr 2021 14:04
738

AFFA "Səbail"in baş məşqçisini 5 oyunluq diskvalifikasiya edib

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev cəzalanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Mütəxəssis Premyer Liqanın IX turundakı davranışı üzündən cəzaya layiq görülüb.

“Sumqayıt” – “Səbail” oyununda matç boyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 60);

“Səbail” klubunun futbolçusu Nikolas Raysel “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);

Matç bitdikdən sonra “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 41.4);